...

İl ərzində Azərbaycan əhalisinin gəlirləri təqribən 6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2014 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manata çatıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycanda adambaşına düşən gəlirlər yanvar-fevral aylarında 517,6 manat və ya ayda 258,8 manat olub. Adambaşına düşən gəlirlərin artımı isə illik 2,2 faiz inflyasiya ilə 4,4 faiz təşkil edib.

Əhalinin sərəncamında qalan gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 4,34 milyard manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti