...

Azərbaycanda tibbi sığorta xidmətləri göstərən şirkətlər ehtiyat fondlar yaradacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 16:35 (UTC +04:00)
Tibbi sığorta xidmətləri göstərən Azərbaycan şirkətlərinin qarşısına ehtiyat fondlar yaratmaq öhdəliyi qoyulub.
Azərbaycanda tibbi sığorta xidmətləri göstərən şirkətlər ehtiyat fondlar yaradacaqlar

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər E.Əliyev, E.Mehdiyev/

Tibbi sığorta xidmətləri göstərən Azərbaycan şirkətlərinin qarşısına ehtiyat fondlar yaratmaq öhdəliyi qoyulub.

Trend-in məlumatına görə, Milli Məclis "Tibbi sığorta haqqında" qanunun 13-cü maddəsinə müvafiq dəyşiklikləri təsdiq edib.

Dəyişikliklərə uyğun olaraq, ehtiyat fondlar şirkətlərdən toplanan mükafatlardan formalaşdırılacaq. Bundan əlavə, qanunda redaksiya xarakterli dəyişikliklər də edilib.

Azərbaycanda "Tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul edilib.

Azərbaycanda tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortanın bir hissəsidir, əhalinin icbari tibbi sığorta proqramına uyğun həcmdə yardım qismində tibbi və dərman preparatları almasını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti