...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2014 10:48 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Əliyev /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78432 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

24 mart

-

31 mart

0,7843

25 mart

-

1 aprel

0,7843

26 mart

-

2 aprel

0,7843

27 mart

0,7843

3 aprel

0,7843

28 mart

0,7843

4 aprel

0,7844

Həftə ərzində orta

0,7843

Həftə ərzində orta

0,78432

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib.

Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7830 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr aprelin 2-də 3,441 milyon dollar həcmində həyata keçirilib. Martın 31-də, eləcə də aprelin 1-də, 3-də və 4-də sövdələşmə həyata keçirilməyib.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

24 mart

0,7830

31 mart

0,7830

25 mart

0,7830

1 aprel

0,7830

26 mart

0,7830

2 aprel

0,7830

27 mart

0,7830

3 aprel

0,7830

28 mart

0,7830

4 aprel

0,7830

Həftə ərzində orta

0,7830

Həftə ərzində orta

0,7830

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti