...

"AtaLizinq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2014 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may/Trend/

18 iyun 2014-cü il tarixinə saat 15:00-a "AtaLizinq" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı çağırılır.

Lizinq şirkətindən cümə günü Trend-ə verilən məlumata görə, ümumi yığıncaq Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında yerləşən "Yeni Həyat" binasının 10-cu mərtəbəsində 26 saylı ofisdə keçiriləcəkdir.

Səhmdarların ümumi yığıncağının gündəliyində 2013-cü maliyyə ili üzrə "AtaLizinq"açıq səhmdar cəmiyyətinin İdarə Heyətinin hesabatı, 2013-cü maliyyə ili üzrə "AtaLizinq"açıq səhmdar cəmiyyətinin mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi məsələləri olacaq.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Zərifə Əliyeva küçəsi -55 ünvanında yerləşən "Yeni Həyat" binasının 10-cu mərtəbəsində 26 saylı ofisində tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti