...

Rusiyalı nazir: Azərbaycan və RF birgə investisiya yatırmaq imkanlarını nəzərdən keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 16:00 (UTC +04:00)
Azərbaycan və Rusiya qarşılıqlı sərfəli layihələrə birgə investisiya yatırmaq imkanlarını nəzərdən keçirirlər. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.
Rusiyalı nazir: Azərbaycan və RF birgə investisiya yatırmaq imkanlarını nəzərdən keçirirlər

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Rusiya qarşılıqlı sərfəli layihələrə birgə investisiya yatırmaq imkanlarını nəzərdən keçirirlər. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.

Nazir bildirib: "Azərbaycanlı həmkarım Şahin Mustafayevlə görüşdə bir çox məsələlər, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondu və Rusiyanın Milli Sərvət Fondu, habelə Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun hər iki tərəf üçün qarşlılıqlı maraq doğuran layihələrə birgə investisiyalar yatırması imkanı müzakirə olunub".

Onun sözlərinə görə, Rusiya böyük həcmdə kapital qoyuluşlarını gözləyir: "Hesablamalarımıza görə, söhbət milyardlarla dollar həcmində investisiyalardan gedir. Biz, həmçinin logistik mərkəzlərin, dəmiryol vaqonlarının birgə istehsalının, eyni zamanda neft-qaz hasilatı üzrə avadanlığın istehsalı ilə bağlı birgə müəssisənin yaradılması layihələrini müzakirə etdik. Azərbaycan da Yekaterinqburqda logistik mərkəzinin tikintisinə investisiya yatırılmasına maraq göstərir".

A.Ulyukayev qeyd edib ki, Ş.Mustafayevlə görüşün yekunu olaraq tərəflər Azərbaycan və Rusiyanın iqtisadiyyat nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum imzalayıblar, eləcə də uzunmüddətli iqtisadi əməkdaşlıq proqram layihələrini və Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan mərkəzinin açılması haqqında sazişi razılaşdırıblar.

Ş. Mustafayevin sözlərinə görə, hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir, Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Qarşılıqlı investisiyaların əhəmiyyətini qeyd edən nazir, Rusiya Federasiyası tərəfindən Azərbaycana 1,8 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya yatırılmış birbaşa investsiyaların həcminin 1 milyard ABŞ dollarından artıq olduğunu vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti