...

200 kq-dan çox istehlaka yararsız məhsullar məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 20:06 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
200 kq-dan çox istehlaka yararsız məhsullar məhv edilib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakının Nərimanov, Yasamal, Qaradağ, Sabunçu rayonlarında, Abşeron, Xaçmaz rayonlarında, eləcə də, Sumqayıt, Şirvan, Şabran, Qəbələ, Ağdaş, Salyan, Qusar, İsmayıllı şəhərlərində aparılan yoxlamalar zamanı ümumilikdə 200 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti