...

Azərbaycanın nəqliyyat sektoruna 5 il ərzində 14 milyard dollardan artıq investisiya qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 11:33 (UTC +04:00)
2009-2013-cü illər ərzində Azərbaycanın nəqliyyat sektoruna 14,5 milyard dollar investisiya qoyulub.
Azərbaycanın nəqliyyat sektoruna 5 il ərzində 14 milyard dollardan artıq investisiya qoyulub

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.İsmayılov/

2009-2013-cü illər ərzində Azərbaycanın nəqliyyat sektoruna 14,5 milyard dollar investisiya qoyulub. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən "Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov bildirib.

Onun sözlərinə görə, investisiyaların ümumi həcmindən təxminən 12 milyard dollar yol-nəqliyyat infrastrukturunun inkişafına qoyulub. O cümlədən bu məqsədlər üçün 2013-cü ildə 2,4 milyard dollara yaxın vəsait yönəldilib.

Sektor müdiri qeyd edib ki, 2003-cü ildən 2013-cü ilə kimi Azərbaycanda yükdaşımaların həcmi 3,8 faiz, tranzitdaşımalar 8,6 faiz, sərnişindaşımalar isə 6,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti