...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2014 13:40 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməyib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Əliyev/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməyib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78424 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:

2 iyun

0,7844

9 iyun

0,7843

3 iyun

0,7844

10 iyun

0,7842

4 iyun

0,7844

11 iyun

0,7842

5 iyun

0,7843

12 iyun

0,7842

6 iyun

0,7843

13 iyun

0,7843

Həftə ərzində orta

0,78436

Həftə ərzində orta

0,78424

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi də dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78318 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib: iyunun 10-da 5,324 milyon dollar, 9-da, eləcə də 11, 12 və 13 iyun tarixlərində sövdələşmə keçirilməyib.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

2 iyun

0,7829

9 iyun

0,7829

3 iyun

0,7829

10 iyun

0,7829

4 iyun

0,7829

11 iyun

0,7829

5 iyun

0,7829

12 iyun

0,7843

6 iyun

0,7829

13 iyun

0,7829

Həftə ərzində orta

0,7829

Həftə ərzində orta

0,78318

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti