Azərbaycan, Bakı, 31 iyul /Trend/
2014-cü il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 17,125 milyon manat güzəştli kredit verilib.
Bankdan Trend-ə verilən məlumata görə, "AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 93 milyon manat güzəştli kredit verilib.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bankdır. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.
"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün: www.atabank.com; www.facebook.com/atabank