...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2014 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İlahə Məmmədli/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz qalıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 7843 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

28 iyul

-

4 avqust

0,7843

29 iyul

-

5 avqust

0,7843

30 iyul

0,7842

6 avqust

0,7843

31 iyul

0,7842

7 avqust

0,7843

1 avqust

0,7843

8 avqust

0,7843

Həftə ərzində orta

0,78423

Həftə ərzində orta

0,7843

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr avqustun 5-də 4,64 milyon dollar, avqustun 8-də 6,17 milyon dollar həcmində həyata keçirilib. Avqsutun 4, 6 və 7-də sövdələşmələr aparılmayıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

28 iyul

-

4 avqust

0,7829

29 iyul

-

5 avqust

0,7829

30 iyul

0,7829

6 avqust

0,7829

31 iyul

0,7829

7 avqust

0,7829

1 avqust

0,7829

8 avqust

0,7829

Həftə ərzində orta

0,7829

Həftə ərzində orta

0,7829

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti