...

"Azərsun Holdinq" tərəfindən göndərilən humanitar yardım ünvanına çatdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2014 17:43
Həmişə həyata keçirdiyi xeyriyyə işləri ilə diqqət çəkən “Azərsun Holdinq” növbəti dəfə belə bir addım ataraq ənənəsinə sadiq qalıb.
"Azərsun Holdinq" tərəfindən göndərilən humanitar yardım ünvanına çatdı (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Həmişə həyata keçirdiyi xeyriyyə işləri ilə diqqət çəkən "Azərsun Holdinq" növbəti dəfə belə bir addım ataraq ənənəsinə sadiq qalıb.

İraqda minlərlə insanın həyatını alan müharibə ücbatından öz yurdlarından didərgin düşərək Ərbil şəhərində məskunlaşan türkmanlara şirkət tərəfindən böyük yardım karvanı göndərilib. Ötən həftənin sonu ünvana yetişən məhsulların paylanılması artıq dünən yekunlaşıb. Şirkət tərəfindən türkman qaçqınlar üçün göndərilən yardımlar Ərbil, Mosul, Təlafer, Sincar və digər yaşayış məntəqələrinə də paylanıb.

Zəruri məhsulların ehtiyacı olan insanlara paylanılmasında şəxsən iştirak edən Ərbilin türkman millət vəkili Aydın Maruf belə bir çətin məqamda onlara yardım əlini uzadan Azərbaycana və "Azərsun Holdinq"ə öz minnətdarlığını bildirib. Şirkətin İraq təmsilçisi isə türkmanların yalnız olmadığını və onlara gələcəkdə də hər cür yardımın göstəriləcəyini söyləyib.

Qeyd edək ki, "Azərsun Holdinq" müxtəlif vaxtlarda Türkiyə, İran, Çin, Somali, Gürcüstan və digər ölkələrdə təbii fəlakətlərdən və başqa bəlalardan əziyyət çəkmiş insanlara kömək göstərərək onlara yardım əlini uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti