...

Maliyyə Nazirliyinin vəzifəlisinə yeni vəzifə verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2014 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Dünya Bankı tərəfindən təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 2005-ci ildə təsis olunan PEMPAL proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.

Proqram çərçivəsində keçirilən tədbirlər zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyində son dövrdə aparılan islahatlar, həmçinin Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi və FARABİ Sistemi (büdcə təşkilatları üçün mərkəzləşmiş mühasibat proqramı) çox yüksək qiymətləndirilmiş və böyük marağa səbəb olmuşdur. Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı vasitəsilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti