...

Hotellər və Restoranlar Assosiasiyası və ABŞ Ət İxracı Federasiyası arasında görüş

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Hotellər və Restoranlar Assosiasiyasının Mətbuat Xidmətindən bildiriblər ki, 10 Oktyabr, 2014-cü il tarixində Assosiasiyanın İdarə Heyətinin Sədri Samir Dübəndi və ABŞ Ət İxracı Federasiyasının Moskva ofisinin rəhbəri Qalina Koçubeyeva arasında görüş keçirilmişdir.

Tərəflər təşkilatların fəaliyyəti haqqqında geniş məlumat açıqlamış və yerli bazarın amerika istehsalçılarının məhsullarına olan təlabatı müzakirə edilmişdir. Eyni zamanda yerli istehlakçıların məlumatlandırılması istiqamətində birgə layihələrin həyata kemirilməsidə görüşün gündəminə çıxarılmışdır.

Görüş zamanı qeyd edilmişdir ki, iri miqyaslı beynəlxalq tədbirlərin və bununla ölkəyə gələn xaricilərin sayının sürətlə artmasını nəzərə alsaq, Azərbaycan bazarı amerika istehsalçıları üçün perspektivlidir. Assosiasiyanın rəhbəri əlavə etmişdir ki, qərb mətbəxini təmsil edən ictimai iaşə müəsissələrinin sayı son illər ərzində nəzərə çarpacaq qədər artmış və proqnozlara görə gələcək illər ərzində bu dinamika inkişaf edəcəkdir.

Amerika Ət İxracı Federasiyası (US Meat Export Federation) ) http://www.usmef.org/ - qeyri kommersiya ticarət təşkilatıdır. Onun fəaliyyəti ABŞ-da istehsal edilən ət məhsulunun beynəlxalq bazarda təbliğ edilməsidir. Təşkilatın baş ofisi Denver, ABŞ-da yerləşir. Seul, Pekin, Tokio, Honq-Konq, Şanxay, Sinqapur, Taybey, Moskva, Sankt-Peterburq, Mexiko, Monterre və Brüsseldə nümayəndəliklər fəaliyyət göstərirlər.

Hotellər və Restoranlar Assosiasiyasının
Mətbuat Xidməti
www.dair.az; http://bakuguide.info/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti