...

Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2014 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Bu gün Rusiyanın Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozovun rəhbərliyi ilə rusiyalı iş adamlarının da daxil olduğu nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, həyata keçirilən irimiqyaslı regional layihələr, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan AZPROMO rəhbəri rusiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri A.Morozov ölkəmizə səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. O, Rusiya Federasiyasının digər subyektləri kimi, Maqnitoqorsk şəhərinin də Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Maqnitoqorska investisiya qoyuluşu imkanları barədə məlumat verib.

Tədbirdə Maqnitoqorsk şəhərinin investisiya və biznes imkanlarına dair film nümayiş olunub, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti