...

Sığorta şirkətinin lisenziyası dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2014 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Azad Həsənli/

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "Başak İnam Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini dayandırıb.

Trend-in Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 4-də qəbul edilmiş qərara səbəb kimi şirkətin məcmu kapitalının tənzimləyicinin minimim tələbinə uyğun olmaması göstərilir.

Qanunvericiliyə uyğun olaraq, çatışmazlıqların aradan qaldırılması üçün 6 ay müddət verilir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin non-life növləri üzrə işləyən sığortaçıların məcmu kapitalının minimum həcmi ilə bağlı tələbi 5 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti