Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Azad Həsənli/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Başak-İnam Sığorta Şirkəti" ASC-nin 1 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından (BFB) Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 5 min səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.
Bununla da səhmlərin yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 6 milyon manatdan 7 milyon manatadək artacaq.
Qeyd edək ki, Dövlət Sığorta Nəzarəti Xidməti bu ilin noyabrın 4-də şirkətin lisenziyasının fəaliyyətini dayandırmışdı.