...

Xalq Bank-dan "İpoteka" əmanəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2014 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Xalq Bank"ın "İpoteka" əmanəti ipoteka krediti ilə mənzil aldıqda tələb olunan ilkin ödənişin yığılması üçün nəzərdə tutulan sərfəli əmanət növüdür.

Bankdan Trend-ə verilən məlumata görə, "İpoteka" əmanəti əmanətçiyə "Xalq Bank"dan ipoteka krediti götürdükdə bir sıra güzəştlər əldə etmək hüququ verir:

- ipoteka krediti verildiyi halda, əmanətçi hesablanmış faizləri itirmədən əmanəti vaxtından əvvəl tələb edə bilər. Bu zaman əmanətin tam məbləği alınan mənzilin ilkin ödənişinə yönəldilir;

- "İpoteka" əmanətini yerləşdirən əmanətçiyə ipoteka krediti qüvvədə olan faiz dərəcəsindən 1% aşağı faiz dərəcəsi ilə verilir;

- əmanətçi banka ipoteka üçün müraciət etdikdə onun ərizəsinə növbədənkənar baxılır (yalnız bankın daxili ipoteka proqramı üzrə).

Qeyd edək ki, bu güzəştlər Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən güzəştli ipoteka kreditlərinə şamil edilmir.

"Xalq Bank"ın "İpoteka" əmanəti 12 ay müddətinə, illik 6% faiz dərəcəsi ilə yerləşdirilir. 12 ay bitdikdən sonra əmanətin müddəti əmanətçinin istəyi ilə uzadıla bilər. Əmanətin açılması üçün ilkin minimal məbləğ 200 manatdir. "İpoteka" əmanətinin əsas üstünlüyü əmanətin istənilən vaxt və məhdudiyyətsiz artırılmasının mümkünlüyüdür.

Xatırladaq ki, ki "Xalq Bank" müştərilərə həm Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına, həm də bankın daxili ipoteka proqramı üzrə kreditlər təklif edir.

"İpoteka" əmanəti və bankın digər məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti