...

Rusiya Azərbaycana üçüncü ölkələrin bazarlarına birgə çıxmağı təklif edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2014 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Rusiyaya kifayət qədər ciddi həcmdə kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransında deyib.

Nazir müavininin sözlərinə görə, Rusiyanın Azərbaycan, İran və Monteneqro ilə çox sıx əlaqələri var: "Bu istiqamət saxlanılır və yaxın vaxtlarda biz yalnız onu gücləndirəcəyik. Azərbaycan bizim tarixi əlaqələrimizin olduğu ölkələrdən biridir. Bu həmin ölkədir ki, kənd təsərrüfatı məhsullarının yeni bazarlara tədarükünün lap əvvəlində Rusiyanın yanında idi, indi isə həmin məhsulların kifayət qədər ciddi həcminin ixracını həyata keçirir".

G.Kalamanov qeyd edib ki, Rusiya üçün daxili bazarın inkişafı vacibdir: "Potensial çox ciddidir. Biz bunu yalnız son vaxtlar gördük və anladıq ki, ən başlıca məsələ idxalı əvəz etməkdir. Rusiya çalışır ki, yaxın vaxtlarda xarici ölkələrlə birgə Rusiya Federasiyası ərazisində istehsalı lokallaşdırsın".

Onun sözlərinə görə, son zamanlar Rusiya ixracın stimullaşdırılması üçün yetərincə tədbir görüb: "Biz diqqəti qeyri-xammal ixracına cəmləşdirmişik. Hazırda bu bizim üçün ən vacib məsələlərdən biridir. Biz mexanizmlər və təşkilatlar yaratdıq və artıq son vaxtlar onlar çox yaxşı nəticələr nümayiş etdirirlər. Belə ki, biz Rusiya İxrac Sığorta Agentliyini yaratdıq. Qurum ixrac sövdələşmələrini sığortalamağa imkan verir. Bu, prinsip etibarilə maliyyə-kredit sektorunu stimullaşdırıb və yaxın vaxtlarda biz bu istiqaməti gücləndirərək ölkədə ixracın sığorta dəstəyi üzrə birləşmiş mərkəz yaradacağıq".

Nazir müavini qeyd edib ki, belə tədbirlərdən sonuncusu sənaye siyasəti haqqında qanundur: "Qanun sənaye istehsalı sahəsində bütün siyasəti müəyyən müəyyən edəcək. Qanun birinci oxunuşda parlamentdən keçib və yaxın gələcəkdə qəbul olunacağına ümid edirəm".

G.Kalamanovun sözlərinə görə, Rusiyanın əsas tərəfdaşları Avropa İttifaqı və Çindir: "Güman edirik ki, gələcəkdə yeni bazarlar olacaq. Biz onları inkişaf etdirməyə, bu bazarlara çıxmağa və üçüncü ölkələrdə tərəfdaşlarımızla çalışmağa hazırıq".

O bildirib ki, Rusiyada sənaye istehsalının sabit artımı yeni məhsulların yüksək əlavə dəyərlə xarici bazarlara çıxışını təmin edib: "Təkcə RF-də yox, Gömrük İttifaqı çərçivəsində də daxili tələbatın stimullaşdırılması yaxın vaxtlarda Rusiya üçün prioritet olacaq ən mühüm məqamlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti