...

Unibank regionlarda biznesə dəstəyini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2014 12:06 (UTC +04:00)
Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır.
Unibank regionlarda biznesə dəstəyini artırır

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır.

Trend bankın cümə günü yaydığı məlumata istinadən xəbər verir ki, bank tərəfindən verilən biznes kreditlərinin statistikasında bölgələrlə bağlı kəskin artım qeydə alınıb. Bu il bölgə sahibkarlarına 2014-cü il üçün nəzərdə tutulandan həm kreditlərin sayı, həm də məbləği baxımından daha çox biznes kreditləri verilib. Ötən ilin hesabat dövrü ilə müqayisədə 2014-cü ilin 11 ayı ərzində bölgələrə ayrılan biznes kreditlərinin sayı 94% çoxdur, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb. Korporativ xidmət şəbəkəsini genişləndirən Unibank-ın bölgələrdəki yeni müştəriləri təkcə kənd təsərrüfatı və ticarət kimi ənənəvi sahələrdə məşğul olan sahibkarlar deyil, həm də regional miqyaslı layihələri olan böyük sənayeçi və xidmət sahələrinin nümayəndələridir.

Bankın Korporativ Departamentinin rəhbəri İqor Okayevin sözlərinə görə, bu, bankın Azərbaycanda biznes sahəsinin inkişafına göstərdiyi dəstəyin daha da artmasının göstəricisidir. Unibank gələcəkdə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini, bölgələrə kreditləşməni bir qədər də artırmağı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti