...

BFB-də kross əqdlərin bağlanması qaydalarına dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 17:24 (UTC +04:00)
“Bakı Fond Birjası” QSC (BFB) tərəfindən “Bakı Fond Birjasında Kross əqdlərin bağlanılması qaydaları”na dəyişikliklər edilib.
BFB-də kross əqdlərin bağlanması qaydalarına dəyişikliklər edilib

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Mütəşəkkil bazarda bağlanılan əqdlər üzrə qiymətin formalaşması prosesinin şəffaflığının artırılması və ticarət zamanı sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində görülən işlərin davamı olaraq, "Bakı Fond Birjası" QSC (BFB) tərəfindən "Bakı Fond Birjasında Kross əqdlərin bağlanılması qaydaları"na dəyişikliklər edilib.

BFB-dən Trend-ə verilən məlumata görə, belə ki, qaydalara edilmiş dəyişikliklərə əsasən, kross sifarişlərin bazar iştirakçılarına açıqlanması üçün nəzərədə tutulmuş 30 dəqiqə gözləmə müddəti dəyişdirilərək 60 dəqiqə müəyyən edilib.

Bu müddət ərzində bazar iştirakçıları kross sifarişləri təqdim etmiş birja üzvündən daha rədabətli qiymət təklifləri ilə ticarətdə iştirak edə bilərlər.

Qeyd edək ki, kross əqd Birja üzvünün eyni bir əqd üzrə həm alıcı, həm də satıcı qismində çıxış etdiyi əqdlərdir.

Yenilənmiş qaydalar BFB-nin veb saytının (www.bfb.az) "Bakı Fond Birjasının təlimat və qaydaları" bölməsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti