...

Kredit komissiyası 0% oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 18:02 (UTC +04:00)

Onlar ölkəmizin inkişafına ən yaxından dəstək verənlərdəndirlər. Onlar dövlət büdcəsinin formalaşmasında müstəsna xidmətləri olan vergi işçiləridir. Bu gün - fevralın 11-i Vergi xidməti əməkdaşlarının peşə bayramıdır. "Unibank" Vergilər Nazirliyi əməkdaşlarının peşə bayramı münasibətilə 0% komissiyalı nağd kredit kampaniyası keçirir. Vergi əməkdaşları 11-18 fevral tarixlərində "Unibank" filiallarına müraciət edərək, 10.000 AZN-dək komissiyasız kredit götürə biləcəklər.

Artıq rəsmi iş yeri olan və əmək müqaviləsi əsasında çalışan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış gətirmədən də "Unibank" filiallarına kredit almaq üçün müraciət edə bilər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank "Elektron Hökumət" portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər.

Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker" jurnalı tərəfindən "İlin bankı" seçilib. "The Banker" jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən yaxşı riteyl bank" nominasiyası üzrə mükafatlandırıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti