Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir Azad Həsənli/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 manat (0,02 faiz) ucuzlaşıb.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,0485 manat səviyyəsində müəyyən olunub.
|
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
|
16 mart |
1,0487 |
30 mart |
1,0484 |
|
17 mart |
1,0488 |
31 mart |
1,0485 |
|
18 mart |
1,0488 |
1 aprel |
1,0485 |
|
19 mart |
1,0486 |
2 aprel |
1,0485 |
|
20 mart |
- |
3 aprel |
1,0486 |
|
Həftə ərzində orta |
1,048725 |
Həftə ərzində orta |
1,0485 |
Həftə ərzində Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0006 manat (0,053 faiz) ucuzlaşıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,13416 manat səviyyəsində müəyyən olunub.
|
Avroya nisbətdə manatın rəsmi məzənnəsi |
|||
|
16 mart |
1,1019 |
30 mart |
1,1395 |
|
17 mart |
1,1081 |
31 mart |
1,1317 |
|
18 mart |
1,1118 |
1 aprel |
1,1304 |
|
19 mart |
1,1290 |
2 aprel |
1,1291 |
|
20 mart |
- |
3 aprel |
1,1401 |
|
Həftə ərzində orta |
1,1127 |
Həftə ərzində orta |
1,13416 |
Ötən həftə 1 unsiya qızılın dəyəri 4,3771 manat (0,35 faiz) artıb. Müvafiq olaraq, qızılın orta qiyməti 1250,34758 manat təşkil edib.
|
1 unsiya qızılın qiymətinin dəyişməsi |
|||
|
16 mart |
1215,92 |
30 mart |
1252,37 |
|
17 mart |
1206,9066 |
31 mart |
1242,9968 |
|
18 mart |
1206,9066 |
1 aprel |
1244,5695 |
|
19 mart |
1227,66 |
2 aprel |
1255,0545 |
|
20 mart |
- |
3 aprel |
1256,7471 |
|
Həftə ərzində orta |
1214,3483 |
Həftə ərzində orta |
1250,34758 |
İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.