...

AXA MBASK "UĞUR" milli mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2015 11:47 (UTC +04:00)
Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq AXA MBASK Sığorta Şirkəti “Azərbaycanda sığorta mədəniyyətinin artırılmasına verdiyi töhfəyə görə” "UĞUR" milli mükafatına layiq görülüb.
AXA MBASK "UĞUR" milli mükafatına layiq görülüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq AXA MBASK Sığorta Şirkəti "Azərbaycanda sığorta mədəniyyətinin artırılmasına verdiyi töhfəyə görə" "UĞUR" milli mükafatına layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, "UĞUR" mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan Consulting&Business jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan Consulting&Business jurnalı, Azərbaycan iqtisadçılarının, siyasətçilərinin, menecerlərinin və işgüzar adamlarının populyar jurnalı olmuşdur. Mükafat öz sektorunun flaqmanı olan, özünün fəaliyyət göstərdiyi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafına nəzərə çarpan dərəcədə pay vermiş təşkilatlara, şirkətlərə, görkəmli şəxsiyyətlərə verilir.

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədrinin Birinci müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirib. O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını xüsusi vurğulayıb.

Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlayıb.

Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılıb.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı səkkizincı mükafatdır. Belə ki, adı çəkilən mükafatdan əlavə, AXA MBASK "Sığorta sahəsinin lideri" nominasiyasında Azeri Business Award-2014 milli mükafatı, Caspian Energy Integration Award-2014 "Keyfiyyətli xidmətə görə ilin şirkəti" və Caspian Energy Integration Award-2013 və 2011 "İlin Sığorta Şirkəti" nominasiyada beynalxalq mükafatları alıb.

Həmçinin, şirkət, "İlin Sığorta Şirkəti" nominasiyasında "Azeri Business Award" Milli mükafatına (2013), "Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə" (2010) və "İlin Sığorta Şirkəti" (2012) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti