Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Maksim Tsurkov/
Sumqayıt Kimya-Sənaye Parkında polietilen istehsal edəcək yeni zavodun məhsullarının 30-40 faizi yerli bazara yönəldiləcək.
Bunu Trend-ə "SOCAR Polymer" layihəsinin yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, zavodun hazır vəziyyətə gətirilməsi üçün EPC-podratçı seçimi üzrə proses başlayıb.
"Polietilen zavodunun təhvil verilməsi 2018-ci ilin sonuna planlaşdırılır. Bu yayın sonuna qədər isə EPC-podratçını müəyyənləşdirmək istəyirik", - deyə "SOCAR Polymer" təmsilçisi bildirib.
Onun sözlərinə görə, layihənin lisenziarı kimi Britaniyanın INEOS şirkəti seçilib: "Zavod yüksək möhkəmliyə malik polietilen, o cümlədən boru istehsalatında istifadə olunan PE-100 kimi spesifik məhsullar istehsal edəcək. Məhsulların 30-40 faizi yerli tələbata yönəldiləcək. Konkret ixrac istiqamətləri yoxdur, lakin ilkin marketinq planına görə, yaxın xaricə, Avropa və Türkiyəyə ixrac nəzərdə tutulub".