Azərbaycan, Bakı, 29 aprel /Trend/
Azərbaycan Beynəlxalq Bankı bu günlərdə 2015-ci ildə ilk dəfə 200 milyon ABŞ dolları ekvivalent həcmində sindikatlaşdırılmış kredit cəlb edib.
Bankdan Trend-ə verilən məlumata görə, sindikasiyanın təşkilatçıları qismində CITIBANK N.V., INGBANK N.V., RAIFFEISENBANK INTERNATIONAL AG, UNICREDITBANK AUSTRIA AG çıxış ediblər.
Əvvəlcədən kredit $125 milyon həcmində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutunun qoşulması nəticəsində kreditin həcmi 200 milyona qədər yüksəlib.
Vəsait 365 gün müddətinə cəlb edilib, ticarət və korporativ maliyyələşməyə yönəldiləcək.