...

Turistlərin icbari sığortalanmasından nə gözləmək olar?

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2015 18:00 (UTC +04:00)
Azərbaycana gələn turistlərin icbari sığortalanması ölkənin sığorta bazarının gələcək inkişafı üçün yaxşı təkan olacaq.
Turistlərin icbari sığortalanmasından nə gözləmək olar?

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycana gələn turistlərin icbari sığortalanması ölkənin sığorta bazarının gələcək inkişafı üçün yaxşı təkan olacaq. Bunu Tend-ə "Başak İnam Sığorta Şirkəti"nin İdarə heyətinin sədri Orxan Həsənov deyib.

Onun sözlərinə görə, bu məhsula daha ciddi maraq göstərsələr və sığortanın bu növünü qanuniləşdirsələr, yaxşı olardı.

O.Həsənov qeyd edib ki, xarici sığorta şirkətlərinin Azərbaycan klinikaları ilə əlaqələrinin olmadığına görə bu sığorta məhsuluna ehtiyac yaranıb. Buna görə də onların səyahət sığortası məhsulları Azərbaycanda işləmir.

O, əlavə edib ki, bu məhsul Azərbaycanda olan əcnəbi turistlərin sığortalanmasını nəzərdə tutur: "Yəni turistin başına gələcək hadisə nəticəsində ona tibbi yardım lazım olarsa, sığorta şirkəti turistin xərclərini ödəyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti