...

"AXA MBASK" ekoloji aksiya keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2015 11:01 (UTC +04:00)
“AXA MBASK” sığorta şirkəti sığorta üzrə dünya lideri “AXA Qrup”unun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır.
"AXA MBASK" ekoloji aksiya keçirib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

"AXA MBASK" sığorta şirkəti sığorta üzrə dünya lideri "AXA Qrup"unun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu dəfə "AXA MBASK" korporativ sosial məsuliyyət çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Yaşıl gələcək" adlı ekoloji aksiya keçirib.

Bu aksiya zamanı şirkət əməkdaşları Şimal Bölqəsi filialının sığorta agentləri ilə birlikdə Dəvədabanıi yaşayış massivində 50-dən çox şam ağacı əkiblər.

İşlər təcrübəli aqrotexnikin rəhbərliyi altında həyata keçirilib. Bağın əməkdaşları peşəkar təlim aparıblar. Təlim zamanı aksiya iştirakçıları ağacların düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olub, zəruri inventar və suvarma üçün su ilə təmin ediliblər.

Məqsəd regionlarda ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

Sığorta bazarının liderlərindən biri olan "AXA MBASK" 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi 8 beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti