Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Azad Həsənli/
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Beynəlxalq Bankının (ABB) şəffaf şəkildə özəlləşdirilməsinə yol açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun yenidən strukturlaşdırılmasını təklif edir.
Bu barədə Trend-ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.
Qeyd edək ki, ABB-nin kapitalında dövlətin iştirak payı 51,07 faizdir.
O bildirib ki, hazırda Azərbaycanın maliyyə sektorunda digər prioritetlərdən biri ABB-nin ölkənin bank sektorunda həcminin kiçildilməsidir: "Əgər hökumət onun payını azaltmasa, maliyyə sektoru böyük risklə üzləşə bilər".