...

Saxo Bank: Qızıl aktivlərinin həcmi 2009-cu ildən ən aşağı göstəricidə qərarlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2015 14:32 (UTC +04:00)
“Gələn həftə keçiriləcək Açıq Bazarlar üzrə ABŞ Federal Komitəsinin iclasında faiz dərəcələrinin artırılması ilə bağlı məsələnin müzakirə obyekti olmayacağı şübhəsizdir.
Saxo Bank: Qızıl aktivlərinin həcmi 2009-cu ildən ən aşağı göstəricidə qərarlaşıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Gələn həftə keçiriləcək Açıq Bazarlar üzrə ABŞ Federal Komitəsinin iclasında faiz dərəcələrinin artırılması ilə bağlı məsələnin müzakirə obyekti olmayacağı şübhəsizdir. Ancaq 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliyinin 2.47% artaraq son doqquz ayda maksimuma çatması bütün nəzərləri sentyabr ayında cəmləyir". Trend-in məlumatına görə, bu barədə "Saxo Bank"ın Təyin edilmiş Gəlirlər bölməsinin treyderi Maykl Boy bildirib.

Beynəlxalq Valyuta Fondunun ardınca Dünya Bankı da Federal Rezerv Sistemini faiz dərəcələrinin artırılması qərarını gələn ilə qədər təxirə salmağa çağırıb. Bu cür çağırışın başlıca səbəbi kimi ABŞ iqtisadiyyatının qeyri-bərabər bərpası və monetar siyasətin erkən sərtləşdirilməsinin inkişafda olan bazarlar üçün böyük risk yaradacağı göstərilir.

Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliyinin 1%-dək artması Avropa maliyyə bazarlarındakı mənzərəni tamamilə dəyişib.

"Ötən ilin sentyabr ayından etibarən ilk dəfə olaraq Almaniya dövlət istiqrazlarının gəlirliyinin 1%-lik göstəricini keçib. Aprelin sonundan etibarən gəlirlilik əyrisində bu çox əhəmiyyətli bir yüksəlişdir, ancaq yüksəlişin kiçik hissəsi əyrinin qısamüddətli dövrünü əhatə edir - əsasən uzunmüddətli dövrdədir. Bu isə deflyasiya təhlükəsini azaldır", - deyə Boy deyib.

"Saxo Bank"ın Əmtəə Strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirir ki, faiz dərəcələrinin yüksəldilməsi ehtimalı fonunda qızıl öz parıltısını az da olsa itirib. Belə ki, ETF-in (Birja İnvestisiya Fondu) qızıl aktivlərinin həcmi 2009-cu ildən etibarən ən aşağı göstəricidə qərarlaşıb.

"Dünyada ən böyük qızıl fonduna malik SPDR Gold Trust qızıl aktivlərinin həcmini 48% azaldaraq 2008-ci ildən etibarən yeni minimuma çatdırıb. Hal-hazırda qızıla olan etibar azalıb. Yunanıstan üçün qızıl təklifi həyati əhəmiyyətli məsələdir", - deyə Hansen bildirib.

"Saxo Bank"ın Əmtəə Strategiyaları bölməsinin rəhbəri həm də qeyd edib ki, qızılın unsiyaya görə 1,194-204 ABŞ dolları göstəricisində müqavimətlə rastlaşacağını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti