...

"Kapital Bank"ın yeni konsepsiyalı ilk filialı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2015 15:39 (UTC +04:00)
Son dövrlər ardıcıl yeniliklərə imza atan "Kapital Bank" bu dəfə müştərilərinə ilk yeni konsepsiyalı filialını təqdim edib.
"Kapital Bank"ın yeni konsepsiyalı ilk filialı (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Son dövrlər ardıcıl yeniliklərə imza atan "Kapital Bank" bu dəfə müştərilərinə ilk yeni konsepsiyalı filialını təqdim edib. Tamamilə yeni dizaynı olan bu filialda müştərilərin rahatlığı üçün gözəl şərait yaradılıb.

Bankdan Trend-ə verilən məlumata görə, yeni konsepsiyalı ilk filial yalnız "Kapital Bank"ın yeni brend stilinə uyğun orijinal dizaynı ilə fərqlənmir. Yeni filiallarda bankın qarşısında duran əsas vəzifə müştərilərinin məmnuniyyətini artırmaqdır. Bu məqsədlə filialda növbə tənzimləyicisi, ödəniş aparatları, bir neçə ATM, o cümlədən ödəniş qəbul edən bankomat yerləşdirilmişdir. Həmçinin filiala daxil olan hər bir müştərini bankın gülərüzlü həmkarları qarşılayaraq onların suallarını cavablandırır və müvafiq istiqamətə yönləndirir. Rahatlıqla yanaşı, əsas məqsədlərdən biri müştərilərin filialda qısa vaxt sərf etməklə keyfiyyətli bank xidmətlərindən yararlanmasını təmin etməkdir.

Yeni konsept filial Xətai rayonu, Sarayevo küçəsi, 7Q ünvanında fəaliyyət göstərir.

Xatırladaq ki, bu il ərzində daha bir neçə yeni konsepsiyalı filialın müştərilərin ixtiyarına verilməsi planlaşdırlıb.

"Kapital Bank" hazırda 89 filialı və 6 şöbəsi ilə Azərbaycanın bütün rayon və şəhərlərində əhaliyə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti