Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Azad Həsənli/
"Azərbaycan Kredit Bankı" ASC Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən fonda üzv bankların reyestrindən çıxarılıb.
Bu barədə Trend Fondun yaydığı məlumata istinadən xəbər verir.
Bankın ADIF-ə üzvlüyü haqqında şəhadətnaməsi də ləğv edilib.
Xatırladaq ki, "Azərbaycan Kredit Bankı" 2007-ci ildən fondun üzvü idi
Hazırda Fonda üzv bankların sayı 43-dür.