...

Xalq Bank və Hesab.az əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2015 12:36 (UTC +04:00)
Xalq Bankın Hesab.az portalında qeydiyyatdan keçmiş kart müştəriləri Bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 200 bonus əldə edəcək.
Xalq Bank və Hesab.az əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Xalq Bankın Visa Classic/MC Standard, Visa/MC Gold, Visa Platinum, Visa İnternet, Dizayn Kart, Visa/MC Business və əməkhaqqı kartlarının sahibləri avqust ayının 1-dən etibarən Hesab.az onlayn ödəmələr portalında qeydiyyatdan keçib kommunal, rabitə, kabel televiziya, mobil operator, internet provayder və digər xidmətlərin haqqını ödəyərək ikiqat bonus qazanacaqlar.

Xalq Bankın Hesab.az portalında qeydiyyatdan keçmiş kart müştəriləri Bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 200 bonus əldə edəcək. Nəticədə müştərilərimizin Hesab.az portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artır.

Həmçinin Xalq Bankın Visa kartlarının sahibləri Hesab.az-da Visa kartı ilə ödəniş etdikdə lotereyada iştirak edib, Maldiv adalarına səyahət qazana bilərlər. Hər 10 AZN məbləğində ödəniş 1 uduş şansına bərabərdir.

Onu da qeyd edək ki, onlayn ödənişlər həm hesab.az ödəmə portalında həm də Bankın www.xalqbank.az saytında həyata keçirmək mümkündür.

Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqqında daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti