...

Azərbaycan bankı nizamnamə kapitalını artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2015 16:14 (UTC +04:00)
Azərbaycanın “Bank Silk Way” bankının nizamnamə kapitalı 2,4 faiz (2,38 milyon manat) artaraq 101,54 milyon manat təşkil edib.
Azərbaycan bankı nizamnamə kapitalını artırdı

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanın "Bank Silk Way" bankının nizamnamə kapitalı 2,4 faiz (2,38 milyon manat) artaraq 101,54 milyon manat təşkil edib.

Trend bu barədə bankın saytında dərc olunan məlumata əsasən xəbər verir.

Məlumatda deyilir ki, nizamnamə kapitalının artımı bankın səhmlərinin nominal qiymətinin 146 manatdan 149,5 manatadək artması ilə əlaqədardır.

"Bank Silk Way"-in nizamnamə kapitalı 679,23 min səhmə bölünüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti