Azərbaycan, Bakı, 21 avqust /Trend/
Hesab.az istifadəçiləri qazandıqları bonuslar vasitəsilə hərracda iştirak etməklə yanaşı, həm də onları "Dərhal dəyiş" bölməsindəki "Uber Hədiyyə Kartı-15 AZN"ə dəyişə bilərlər.
İstifadəçilər Uber Azerbaijan tərəfindən təqdim edilən bu hədiyyə kartları vasitəsilə 15 AZN dəyərində PULSUZ gediş əldə edəcəklər.
Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, bonuslarının sayının qeyd olunduğu hissədə yerləşən "Dərhal dəyiş" bölməsinə giriş edərək, bonuslarını "Uber Hədiyyə Kartı-15 AZN"dəyişə bilərlər.
Dəyişim Uber xidmətini ilk dəfə istifadə edənlərə aiddir və hər istifadəçinin yalnız bir dəfə dəyişim etmək imkanı olacaq.
Qeyd edək ki, "Uber Hədiyyə Kartı-15 AZN" bir gediş üçün nəzərdə tutulub. Bu hədiyyə kartını əldə edənlər bir gediş etdikdə balanslarından 15 AZN silinəcək.
Hesab.az haqqında
170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet almaq olar. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.