...

Azərbaycan Bakı-Tbilisi-Qars üzrə yükdaşımaları üçün daha sərfəli tariflər təklif edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 13:37 (UTC +04:00)
Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üçün daha sərfəli tariflər təklif edəcək.
Azərbaycan Bakı-Tbilisi-Qars üzrə yükdaşımaları üçün daha sərfəli tariflər təklif edəcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üçün daha sərfəli tariflər təklif edəcək.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) PICARD X Beynəlxalq İllik Konfransının ("Gömrük sahəsində akademik tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı") konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə deyib.

A.Əliyev bildirib ki, BTQ yük daşıyıcıları üçün maksimum sərfəli nəqliyyat dəhlizi olmalıdır: "BTQ-nin uğurla fəaliyyət göstərməsi üçün bu, ən əsas şərtdir. Müvafiq qərar hələ qəbul edilməyib, çünki bu prosesdə layihəyə bütün iştirakçılar cəlb olunmalıdır".

A.Şərifov əlavə edib ki, tariflər barədə danışmaq tezdir, çünki dəhliz hələ işə salınmayıb: "Bundan başqa, tariflər barədə qərar birtərəfli qaydada qəbul edilə bilməz və bu prosesə bütün tərəflər, xüsusilə layihənin iştirakçı ölkələri cəlb edilməlidir. Buna rəğmən aydındır ki, BTQ digər nəqliyyat dəhlizlərinə nisbətən yükdaşımaları üçün daha sərfəli tariflər təqdim etməldir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti