...

Azərbaycanda müflisləşmiş bank oktyabrın ortalarınadək kreditorların tələblərini qəbul edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2015 13:34 (UTC +04:00)
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər.
Azərbaycanda müflisləşmiş bank oktyabrın ortalarınadək kreditorların tələblərini qəbul edir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərərına əsasən, "Evrobank" ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması ilə əlaqədar iflas prosedurunda olan "Evrobank" ASC-nin kredirtorları bankın müflis elan olunmasına dair məhkəməyə qərarının KİV-də ilk dəfə dərc edildiyi gündən, yəni 15 avqust 2015-ci il tarixdən 60 təqvim günü ərzində "Evrobank" ASC-yə qarşı yazılı şəkildə tələblərini irəli sürməlidirlər.

Trend-in "Xalq qəzeti"nə istinadən verdiyi xəbərə görə, bu barədə iflas prosedurunda olan "Evrobank" ASC-nin ləğvedicisi "Azerbaijan İnternational Consulting Company" MMC-nin məlumatında deyilir.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

X kreditorun adı və ünvanı;

X tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

X tələbin təminatı olan girov (ipoteka) və ya təminat barədə məlumat.

Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. İflas prosesi "Evrobank" ASC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Plotnikov küçəsi, 21 saylı ünvanda həyata keçirilir. Kredirtorlar tələblərinin qeydə alınması üçün göstərilən ünvanda ləğvedicinin nümayəndəsinə və ya birbaşa ləğvedici "Azerbaijan İnternational Consulting Company" MMC-nin Bakı şəhəri, M. Rahim küçəsi, 4a saylı ünvanda yerləşən ofisinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsilə ləğvedici "Azerbaijan İnternational Consulting Company" MMC-yə (nümayəndə Elçin Mustafayev) müraciət oluna bilər.

Əlaqə nömrələri: (012) 539-47-22; (012) 539-73-17 , Mob: (055) 211-25-57

Məqalədə:
Xəbər lenti

Xəbər lenti