Rusiya, Yekaterinburq, 4 oktyabr /Trend, müxbir Vaqif Şərifov/
Azərbaycanın "Benkons Group" şirkəti yaxın vaxtlarda Kazanda şirə istehsalı zavodu və logistik mərkəzin tikintisinə başlayacaq.
Trend-in məlumatına görə, bunu Tatarıstanın Baş naziri İldar Xalikov Yekaterinburqda keçirilmiş VI Rusiya-Azərbaycan Regionlararası Forumunda deyib.
Onun sözlərinə görə, oktyabrın 7-də Kazanda "Benkons" şirkəti tərəfindən şirə istehsalı zavodu və logistik mərkəzin tikintisinə başlanılacaq: "Bu, Azərbaycan biznes nümayəndələrinin hazırda tikdiyi iri logistik mərkəzlərindən biri olacaq".