...

“PAŞA Həyat Sığorta” III rübün nəticələrini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2015 12:36 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkəti cari ilin yanvar-sentyabr ayları üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.
“PAŞA Həyat Sığorta” III rübün nəticələrini açıqladı

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

"PAŞA Həyat Sığorta" şirkəti cari ilin yanvar-sentyabr ayları üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, hesabat dövründə "PAŞA Həyat"ın əsas maliyyə göstəricilərində yüksək inkişaf meylləri davam etdirilib.

Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 42,548 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,4% çox olub.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövü ilə müqayisədə 3,4 dəfə artaraq 7,532 mln. manat təşkil edib.

Baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta növləri üzrə 955 min manat, könüllü həyat sığortası növləri üzrə isə 6,577 mln. manat həcmində ödənişlər olub.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti