...

AXA MBASK növbəti kurs üçün tələbə seçimi elan etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2015 10:01 (UTC +04:00)
AXA MBASK Sığorta şirkəti “AXA MBASK Akademiya” proqramı çərçivəsində tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktiki kursların növbəti mərhələsinə başlayır.
AXA MBASK növbəti kurs üçün tələbə seçimi elan etdi

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

AXA MBASK Sığorta şirkəti "AXA MBASK Akademiya" proqramı çərçivəsində tələbələr üçün "Sığorta işinin təşkili" adlı nəzəri və praktiki kursların növbəti mərhələsinə başlayır.

Bu proqramın əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

Trend xəbər verir ki, 2 həftə ərzində davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştirakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər.

Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq. Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcəkdir. Əlavə olaraq, fərqlənmiş tələbələr üçün şirkətdə təcrübə keçmək imkanı yaradılacaq. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.

Bu mühazirə və təlim kursu - nadir peşə təcrübəsi, kurs və diplom işləri üçün materiallar toplamaq imkanı, ən yaxşı beynəlxalq təcrübə, ən əsası isə iri şirkətdə uğurlu karyeranın başlanğıcı deməkdir.

Təlimlərdə iştirak etmək və təcrübə proqramında iştirak hüququ qazanmaq istəyən tələbələr LINKƏ (www.axambask.az/efiles/files/Telim%20ucun%20suallar1.docx) daxil olub qeyd olunan suallari düzgün cavablandırmaqla təlim iştirakçısı ola bilər. Beləki, Sizdən sualların cavablarını (WORD Formatında) CV formanız ilə birlikdə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeydiyyat 23 oktyabr tarixinədək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti