...

"PAŞA Bank" "SWIFT Alliance LifeLine" servisinin istifadəsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank" "SWIFT Alliance LifeLine" servisinin istifadəsinə başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, hazırkı servisin istifadəsi məlumat mübadiləsi proseslərində, habelə "SWIFT" servisi çərçivəsində beynəlxalq miqyasda ödəniş məlumatlarının şifrələnməsində keyfiyyətinin və operativliyinin artırılmasına imkan yaradır.

"PAŞA Bank"ın İdarə Heyətinin Sədr Müavini, Baş Əməliyyat İnzibatçısı Emil Hacıyevin sözlərinə görə, yeni servisin tətbiqi hər hansı ziddiyyət yaranmadan, Bankın "SWIFT" kanalları vasitəsilə əməliyyat proseslərini optimallaşdırmasına imkan yaradır.

""Alliance Lifeline" servisinin istifadəsi ilə biz əlavə olaraq, beynəlxalq əməliyyatların həyata keçirilməsi üzrə xərcləri optimallaşdırmaqla yanaşı, fövqəladə hallar zamanı "SWIFT" servisi çərçivəsində yerinə yetirilən biznes proseslərinin təhlükəsizliyini gücləndirməyə nail olmuşuq. Həmçinin qeyd etmək lazımdır ki, biz müasir bankın fəaliyyəti üçün "SWIFT" kimi sistemin əhəmiyyətini nəzərə alaraq, sözügedən servisə yüksək SWIFT Premium Support səviyyədə texniki dəstək göstərmək məqsədilə müqavilə tərtib etmişik" - deyə E. Hacıyeva öz nitqini yekunlaşdırıb.

"PAŞA Bank" - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti