...

Abid Şərifov: Azərbaycanda yükdaşımalar üzrə tariflər təkmilləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 13:22 (UTC +04:00)
Azərbaycanda dəmir yolu və dəniz yük daşımaları üzrə tariflər yüklərin özündən, eləcə də onların kateqoriyalarından asılı olacaq.
Abid Şərifov: Azərbaycanda yükdaşımalar üzrə tariflər təkmilləşdiriləcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanda dəmir yolu və dəniz yük daşımaları üzrə tariflər yüklərin özündən, eləcə də onların kateqoriyalarından asılı olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası çərçivəsində deyib.

Onun sözlərinə görə, yük daşımaları üzrə vahid tariflərdən söhbət gedə bilməz, çünki müəyyən yükün daşınmasının onun kateqoriyasından asılı olaraq öz tarifi olmalıdır: "Kim isə 5-10 ton, başqası isə 50 ton daşıya bilər, təbii ki, (onların tarifləri arasında) fərq olmalıdır".

A.Şərifov qeyd edib ki, yük daşımaları üzrə "vahid pəncərə" prinsipinin tətbiqi bu sahədə işi xeyli asanlaşdıracaq: "Son 2 ildə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi azalıb, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması onun həcmini artırmağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti