Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/
2003-cü ildən bu günədək Azərbaycanda 1,5 milyon iş yeri açılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Sahibkarlığın inkişafında yeni mərhələ: məqsədlər və imkanlar" mövzusunda keçirilmiş konfrans çərçivəsində deyib.
Onun sözlərinə əsasən, 2015-ci ilin 9 ayı ərzində ölkədə 87 min iş yeri yaradılıb, bunun 67 mini daimidir.