...

2016-cı il dövlət büdcəsində RYTN üzrə xərclər 2 168 495 manat təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2015 09:47 (UTC +04:00)
2016-cı il dövlət büdcəsində ümumi dövlət xidmətləri istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) üzrə xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 2 168 495 manat müəyyənləşdirilib.
2016-cı il dövlət büdcəsində RYTN üzrə xərclər 2 168 495 manat təşkil edəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

2016-cı il dövlət büdcəsində ümumi dövlət xidmətləri istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) üzrə xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 2 168 495 manat müəyyənləşdirilib.

Trend-in məlumatına görə, RYTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu üzrə nəzərdə tutulan xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 381 968 manat təşkil edir.

Rabitə sahəsi üzrə nəzərdə tutulan xərclərin digər istiqaməti tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnamə kapitalının artırılmasıdır və bu məqsədilə xərclərin məbləği 4 000 000 manatdır.

Həmçinin rabitə istiqaməti üzrə RYTN üzrə xərclər, o cümlədən mərkəzləşdirilmiş xərclər 3 612 852 manat müəyyənləşdirilib.

Universal poçt rabitəsi xidmətinin göstərilməsi və digər tədbirlərlə bağlı yaranan zərərin örtülməsi məqsədilə xərclər 3 496 917 manat nəzərdə tutulub.

İnformasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması üçün büdcədə nəzərdə tutulan xərclərin məbləği isə 115 935 manat təşkil edir.

Həmçinin nəqliyyat, rabitə, informasiya, kommunikasiya sahələrində islahatların aparılması və digər tədbirlər üçün xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 28 000 000 manatdır.

Qeyd edək ki, xərclər üzrə nəzərdə tutulan vəsaitlər "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə respublika prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiqlənib. Fərman 2016-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti