Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda daha bir sənaye parkının yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə İqtisadiyyat və Sənaye Nazirliyinin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli deyib.
Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq yaradılacaq Gəncə Sənaye Parkı metallurgiya sahəsində ixtisaslaşacaq: "Qanunvericiliyə əsasən, əvvəlcə sənaye parkının yaradılması haqqında sərəncam imzalanmalıdır, bundan sonra müvafiq orqanlar park üçün ərazi ayırmaq və infrastrukturun yaradılması üzrə işlər görmək barədə göstəriş alırlar".
S.Bəşirli qeyd edib ki, dövlət proqramına müvafiq olaraq bu işlər yaxın 2-3 ildə həyata keçiriləcək.