...

Mərkəzi Bank bankların kapitalına qarşı tələbləri yumşaltdı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2015 17:11 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 29-dan kapitalın adekvatlılıq əmsalının ölçüsünü 12-dən 10 faizədək azaldıb.
Mərkəzi Bank bankların kapitalına qarşı tələbləri yumşaltdı (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il dekabrın 29-dan kapitalın adekvatlıq əmsalının həcmini 12-dən 10 faizədək, bankların birinci dərəcəli kapitalının adekvatlıq əmsalını isə 6-dan 5 faizədək azaldıb.

Trend-in məlumatına görə, bu, "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklərdə nəzərdə tutulub.

AMB, həmçinin "leveric" (aktivlərin artımını kapitalın artımı ilə bağlayan alət) səviyyəsini 6-dan 5 faizədək endirib.

Qeyd edək ki, Mərkəzi Bank 2011-ci ilin fevralından "leverec" normativinin fəaliyyətini bərpa edib (2003-cü ildə ləğv edilmişdi) və onun hesablanması qaydalarına balans aktivləri ilə yanaşı, balansdankənar aktivlər də daxil edilmişdi. Bununla belə, tələb 8 faiz həcmində (ləğvdən əvvəlki 6 faizə qarşı) müəyyən edilmişdi, çünki "leverec" normativi bankın güclü artımının məhdudlaşdırılması üçün nəzərdə tutulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti