...

Londonda Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının ilk iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 18:40 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan hökumətinin islahatlar proqramı barədə məlumat verilib və bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də bu ilin 10-11 fevral tarixində Londonda keçiriləcək Azərbaycan hökuməti və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti