...

Nazir: Türk iş adamlarının Azərbaycanla aqrar sahədə əməkdaşlığı üçün perspektiv var (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2016 17:55 (UTC +04:00)
Türk iş adamlarının Azərbaycanla aqrar sahədə əməkdaşlığı üçün perspektiv imkanlar var.
Nazir: Türk iş adamlarının Azərbaycanla aqrar sahədə əməkdaşlığı üçün perspektiv var (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Türk iş adamlarının Azərbaycanla aqrar sahədə əməkdaşlığı üçün perspektiv imkanlar var. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu kənd təsərrüfatı nazir Heydər Əsədov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun və bir qrup türk iş adamı ilə görüşündə deyib.

Görüşün məqsədi Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın perspektiv imkanlarının müzakirəsi olub.

H.Əsədov Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını qeyd edib.

Səfir Azərbaycan və Türkiyə iş adamları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti