Bakı. Maksim Tsurkov - Trend:
Ukrayna və Litva "Vikinq" konteyner qatarının Avropadan Azərbaycan və Qazaxıstan ərazisilə Çinədək olan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşulması barədə memorandum imzalayıb.
Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Arseniy Yatsenyuk deyib.
Onun sözlərinə görə, Litva ilə Transxəzər marşrutunun "Vikinq" layihəsi ilə birləşməsi barədə memorandumun imzalanması o deməkdir ki, "İpək" yoluna təkcə Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çin deyil, həm də Aİ ölkələri qoşulacaq.