...

DB-nin Azərbaycan üzrə kredit portfeli və Mərkəzi Bankla əməkdaşlıq perspektivləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 14:27 (UTC +04:00)
Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Maliyyə Sektoru və Bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
DB-nin Azərbaycan üzrə kredit portfeli və Mərkəzi Bankla əməkdaşlıq perspektivləri müzakirə edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Maliyyə Sektoru və Bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bankdan Trend-ə verilən məlumata görə, görüş zamanı maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər və bank sektorunda aparılan islahatların vəziyyəti, DB-nin Azərbaycan üzrə kredit portfeli və Mərkəzi Bank ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı fikrilərini bölüşdü. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirdi.

Nümayəndə heyətinin rəhbəri R. Behrndtinin ölkəmizin son qlobal çağırışlara adekvat reaksiya verilməsi istiqamətində atılan addımları, o cümlədən qeyri-neft sektorunun inkişafı, inklyuziv iqtisadi artım, maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işləri xüsusilə vurğuladı. R. Behrndtin ölkəmizin, o cümlədən Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkdi.

Görüş zamanı ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi kimi məsələlər də müzakirə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti