...

Gömrükçülər İpək yolu üzrə yük daşımalarının sürətləndirilməsi və genişləndirilməsini müzakirə edəcəklər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2016 11:44 (UTC +04:00)
Türkdilli ölkələrin gömrük xidmətləri İpək yolu üzrə yük daşımalarının sürətləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Gömrükçülər İpək yolu üzrə yük daşımalarının sürətləndirilməsi və genişləndirilməsini müzakirə edəcəklər   (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:44-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Türkdilli ölkələrin gömrük xidmətləri İpək yolu üzrə yük daşımalarının sürətləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, müzakirələr Türkdilli dövlətlərin əməkdaşlıq şurasının gömrük xidmətlərinin rəhbərlərinin V iclası çərçivəsində iyunun 3-də keçiriləcək.

A.Əliyev qeyd edib ki, bugünkü iclasda ittifaqın iştirakçı ölkələri arasında ilkin məlumat mübadiləsi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında ilkin məlumat mübadiləsi məsələsi üzrə dördtərəfli protokol müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti